...

Naxçıvan MR-də yeni avtomobil zavodunun istismara verilməsi gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2009 15:24 (UTC +04:00)
Bir ay ərzində Naxçıvan MR-də yeni avtomobil zavodu istismara veriləcək, bu barədə müəssisənin cümə axşamı yaydığı məlumatda deyilir. Hazırda zavodda tamamlama işləri həyata keçirilir.
Naxçıvan MR-də yeni avtomobil zavodunun istismara verilməsi gözlənilir

Azərbaycan, Bakı, 22 oktyabr / Trend /

Bir ay ərzində Naxçıvan MR-də yeni avtomobil zavodu istismara veriləcək, bu barədə müəssisənin cümə axşamı yaydığı məlumatda deyilir. Hazırda zavodda tamamlama işləri həyata keçirilir.

Birinci mərhələdə LİFAN markasının 4 modeli üzrə 108 avtomobil istehsalı nəzərdə tutulur. Sözügedən avtomobillər bazarda NAZLİFAN markası altında satılacaq.

"Azərbaycanda bu marka avtomobillərin qiymət və keyfiyyət baxımından məşhur olacağını nəzərə alaraq, avtomobillərin birinci partiyasını bazara çıxarına kimi zavod yeni avtomobillərin yığılması üçün avtomobil hissələrinin ikinci partiyasını qəbul edəcək", - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti