...

Azərbaycan və Misir arasında birbaşa hava nəqliyyatı açılır - nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Oktyabr 2009 12:15 (UTC +04:00)
Qahirə və Bakı arasında yaxın zamnda birbaşa aviareyslər açılacaq, bu barədə cümə axşamı Bakıda Misirin xarici işlər nazirinin müavini Məhəmməd əl-Orabi bildirib.
Azərbaycan və Misir arasında birbaşa hava nəqliyyatı açılır - nazir müavini

Bakı, Azərbaycan, 22 oktyabr / Trend , müxir Ü.Sadıxov/

Qahirə və Bakı arasında yaxın zamnda birbaşa aviareyslər açılacaq, bu barədə cümə axşamı Bakıda Misirin xarici işlər nazirinin müavini Məhəmməd əl-Orabi bildirib.

"Misir və Azərbaycan arasında birbaşa reyslər iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında yeni mərhələ açacaq", - bu barədə əl-Orabi bildirib.

Misirin xarici işlər nazirinin müavini QİƏT-ə üzv dövlətlərin xarici işlər nazirləri Şurasının Bakıda keçirilən iclasında iştirak edir.

Əl-Orabinin sözlərinə əsasən, Misir Azərbaycan ilə turizm, neft-qaz, həmçinin Azərbaycana tikinti materiallarının tədarükü sahəsində əməkdaşlığın genişləndirilməsinə ümid edir.

"Baxmayaraq ki, Misir qaz istehsal edən ölkədir və qonşularına qaz satır, bununla belə, gələcəkdə onun qaz sahəsində ciddi rəqib olan Azərbaycan ilə əməkdaşlıq edəcəyi istisna olunmur", - nazir müavini bildirib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycan və Misir arasında 2009-cu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsi 12 milyon dolları ötüb.

Xəbər lenti

Xəbər lenti