Azərbaycan, Bakı, 23 oktyabr / Trend /
Azərbaycan Nəqliyyat Nazirliyi Mərkəzi-Asiya regional əməkdaşlıq proqramı (CAREC) çərçivəsində səkkizinci konfransda CAREC çərçivəsində ikinci beynəlxalq nəqliyyat dəhlizinin Gürcüstan ərazisindən Türkiyə və Avropaya keçərək uzadılması təklifi ilə çıxış edib. Nəqliyyat Nazirliyini konfransda Maliyyə və kredit şöbəsinin başçısı Faiq Ələkbərov təmsil edib, bu barədə idarənin cümə günü yayılan məlumatında deyilir.
Nəqliyyat Nazirliyi Azərbaycan ərazisindən keçən "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsindəki layihələrin CAREC proqramına daxil edilməsi təklifi ilə çıxış edib.
Konfransın iştirakçıları tərəfindən bu məsələlərin növbəti iclasda nəzərdən keçirilməsi barədə qərar qəbul edilib.
Konfransda Çin, Əfqanıstan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Azərbaycan, həmçinin AİB, BVF-in nümayəndələri iştirak ediblər.