Azərbaycan, Bakı, 23 oktyabr / Trend , müxbir Ü.İsmayılova/
Bakıda şəhərsalma normalarına riayət olunmur. Bu barədə cümə günü Azərbaycan Dövlət Arxitektura və Şəhərsalma Komitəsinin informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cahangir Qocayev cümə günü bildirib.
"Bakıda bu cür qarma-qarışıq vəziyyət bu gün paytaxıtn baş inkişaf planının köhnəlməsi ilə əlaqədardır. O zaman layihəçilər və inşaatçılar tikinti işlərinin görülməsi zamanı bu plana uyğun işləməli idilər", - Qocayev bildirib.
Onun sözlərinə görə, hazırda Bakıda tikinti sıxlığı heç bir norma və standartlara cavab vermir. Paytaxtda tikinti zamanı ekoloji normaların gözlənilməməsi də müşahidə olunur, ən çirkli torpaq sahələri isə neft sənayesinə aid sahələr hesab olunur.
Qocayev, həmçinin yaşayış binalarının layihələndirilməsi zamanı normaların gözlənilməməsi problemini də qeyd edib. Böyük ərazilərdə yaşayış evləri və binalar tikilir, lakin bu zaman yaxınlıqda heç bir məktəb olmur və bu da sərnişindaşımanın həcminin artırılmasına, yəni şəhər yollarında tıxacların yaranmasına səbəb olur.
Bununla əlaqədar olaraq, şöbə başçısının sözlərinə görə, hazırlanan yeni baş planın ideyalarından biri də şəhərin mərkəzindəki universitetlərin daha az məskunlaşmış ərazilərə köçürülməsidir.
Qocayevin fikrincə, Bakıda tıxacların əsas səbəblərindən biri gün ərzində qarşısında böyük sayda insan və avtomobillərin toplandığı universitetlərdir.
Qocayev bildirib ki, baş planın hazırlanması zamanı tikinti sıxlığının azaldılması məqsədi ilə Bakının genişləndirilməsi və Abşeron rayonu, Xırdalan və Sumqayıt şəhərlərinə kimi baş planın sərhədlərinin genişləndirilməsi imkanı müzakirə olunur.
"Bakıda şəhərsalmanın normalara cavab verməməsinin ən vacib problemi ölkədə bu sahədə mütəxəssislərin çox az olmasıdır. Şəhərsalma ilə əsasən memarlar məşğul olur", - Qocayev deyib.
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi "Böyük Bakının regional inkişaf planı"nın hazırlanması üzrə tender elan edib. Tenderin nəticələri yəqin ki, növbəti həftənin əvvəlində açıqlanacaq. Onun sözlərinə görə, tender komissiyası bütün təkliflərin cəlbedici və müxtəlif olması səbəbindən qalibin müəyyənləşdirilməsində ləngiyir.
Tenderdə iştirak üçün dünyanın 21 ölkəsinin 34 şirkətindən ərizə qəbul olunub. Onlardan tenderə 6 qrup şirkət buraxılıb:
AS&P Albert Speer & Partners GmbH (Almaniya)
Moshe Zur Architects Town Planners Ltd., Marmanet organization & Projects, Management International Ltd.,Geoda Geographical Data, Landed Property, Mapping and Surveying Ltd. (İsrail)
EDAW, AECOM (ABŞ)
HOK (Hellmuth, Obata and Kassabaum) Inc., Development Planning Unit, (İngiltərə), Shaw Consultants International (ABŞ), Scott Wilson (Az. Office) (İngiltərə)
GHK Consulting (İngiltərə), Hansen Partnership (Avstraliya), Synergetics Ltd. (Azərbaycan)
Urban Solutions (Hollandiya), Hansen Partnership (Avstraliya), Bakı Dövlət Layihə İnstitutu (Azərbaycan)
Tender proseduru Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə keçirilir.
Tenderin şərtlərinə müvafiq olaraq, plan iki il müddətinə hazırlanacaq.
Plan "Böyük Bakı" adlandırılıb. Bakının köhnə planı qrafiki prinsipləri və paytaxtın 22 min hektar ərazisinin konsepsiyasını əhatə edirdi. Paytaxtın real ərazisi 219 min hektardan çoxdur.
Bakı şəhərinin sonuncu baş planı 1987-ci ildə qəbul edilib. Artıq bir ildir ki, Azərbaycan hökuməti tərəfindən, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Dünya Bankının krediti hesabına "Böyük Bakının regional inkişaf planı"nın hazırlanması üzrə layihə həyata keçirilir. Bu layihə özündə Bakı və Sumqayıtın, eləcə də Abşeron rayonunun yaxın 20 ilə perspektiv inkişafını əks etdirir. Belə layihələr Şərqi Avropanın bir sıra ölkələrində həyata keçirilib. Lakin onların heç biri paytaxtı şəhərətrafı regionla və 3 milyondan çox əhali ilə əhatə etməyib. Şübhəsiz, layihə Azərbaycanın şəhər planlaşdırmasında yeni mərhələ olacaq. Layihədə yeni texnologiyalar, məsələn, coğrafi-informasiya sistemi və s. tətbiq olunacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]