Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir S.Əliyev/
Rusiya bayrağı altında üzən və Rusiyanın "Vaqna Şippinq" şirkətinə məxsus olan "Fili" gəmisi ARDNŞ-in Xəzər Dəniz Neft Donanmasının liman bazasına gətirilib.
Oktyabrın 26-da gəmi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb.
Bazar ertəsi saat 12:30-da Həştərxan limanının dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin rəhbərliyi Azərbaycan tərəfinə yardım göstərilməsi xahişi ilə müraciət edib. "Fili" teploxodunun xilas edilməsi üçün qəza rayonuna təcili olaraq Azərbaycan Respublukası Donanmasının iki gəmisi - teploxod "Ayla" və "Avior" göndərilib.
Gəmidə qəzanın ilkin səbəbi güclü fırtına nəticəsində rumpel və maşın şöbələrinin batması, buna görə gəmidə elektrik cərəyanının kəsilməsi və idarəetmənin itirilməsidir.
Rusiya gəmisinin göyərtəsində 1700 ton həcmində yük var ki, onun da 1300 tonu polad tədarükü, 400 tonu isə kağızdır. "Fili" gəmisi İranın Nouşehr limanı istiqamətində üzürmüş.
Rusiya gəmisinin 11 ekipaj üzvü arasında həlak olan və ya xəsarət alan yoxdur.