...

"Azərsun Holding" regionların inkişafındakı töhfəsinə görə mükafatla təltif edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2009 17:10 (UTC +04:00)
"Azərsun Holding" Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı "Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nın 5 illiyinə həsr olunmuş geniş tədbirdə Azərbaycan regionlarının inkişafındakı töhfəsinə görə mükafatla təltif edilib.
"Azərsun Holding" regionların inkişafındakı töhfəsinə görə mükafatla təltif edilib

Azərbaycan, Bakı, 30 oktyabr / Trend /

"Azərsun Holding" Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı "Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nın 5 illiyinə həsr olunmuş geniş tədbirdə Azərbaycan regionlarının inkişafındakı töhfəsinə görə mükafatla təltif edilib. Bu barədə şirkət tərəfindən cümə günü yayılan məlumnatda deyilir.

Tədbir oktyabrın 28-də İqtisadi İnkişaf Nazirliyi və Respublika Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Tədbirə tanınmış iqtisadçılar, millət vəkilləri, müxtəlif iş adamları, regionlarda fəaliyyət göstərən gənclər təşkilatlarının rəhbərləri dəvət olunub.

Tədbirin baş sponsorluğunu Azərbaycan iqtisadiyyatına sanballı töhfələr verən "Azərsun Holding" Şirkətlər Qrupu öz üzərinə götürüb. "Gilan-Holding" və "Mətanət-A" şirkətləri də tədbirin sponsorları sırasında olublar.

Tədbirdə çıxış edən Milli Məclisin İqtisadiyyat komissiyasının sədri Ziyad Səmədzadə, qəbul edilən iqtisadi qanunlardan və bu yöndə qazanılan uğurlardan danışıb.

Millət vəkili, iqtisadçı, bilik və təcrübəsini həmişə gənclərə öyrədən Fəttah Heydərov çıxışında bugünkü iqtisadi inkişafın əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. O, daha sonra bunları söyləyib: "1988-ci il hadisələri başlayanda Heydər Əliyev hakimiyyətdə olsaydı, bugünkü iqtisadi inkişaf bir az da çox olardı. Heydər Əliyevin layiqli varisi cənab İlham Əliyev də respublikamızın sosial-siyasi-iqtisadi inkişafı üçün yorulmadan çalışır".

"Azərsun-Holdinq" Şirkətlər Qrupunun İctimaiyyətlə Əlaqələr departamentinin bölmə rəisi Afiq Səfərova söz verilib. Səfərov əvvəlcə şirkətin prezidenti Abdolbari Gözəlin tədbir iştirakçılarına, xüsusilə gənclərə salamını çatdırıb. Sonra o, şirkətin Azərbaycana 1990-cı illərin əvvəllərində, respublika əhalisinin ərzaq qıtlığı yaşadığı bir vaxtda gəldiyini, fəaliyyətə isə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə başladığını bildirib.

Afiq bəy daha sonra deyib: "Şirkətin başlıca məqsədi xalqımızı təhlükəsiz qida məhsulları ilə təmin etməkdir. Azərsun Holdinq Şirkətlər Qrupu öz istehsal sahələrini durmadan genişləndirir. Prezident cənab İlham Əliyevin 2004-cü ildə imzaladığı və bu gün 5 illiyinə yığışdığımız "Regionların sosial-iqtisadi inkişafı haqqında Dövlət Proqramı"nın yerinə yetirilməsində Azərsun Holdinq şirkəti çox fəal iştirak edir".

Bu proqram çərçivəsində demək olar Azərbaycanın bütün regionlarında yeni-yeni istehsal sahələri yaradılır və yüzlərlə insan yüksək maaşlı işlə təmin olunur.

Buna misal olaraq Lənkəran və Astaradakı çay fabrikləri, Lənkəran və Xaçmazda Qafqazda analoqu olmayan konserv zavodları, Zaqatalada fındıq zavodu, Qafqazda yeganə olan İmişli şəkər zavodu, Bakıda Metal Qablaşdırma, Təkrar Kağız Emalı zavodları, Duru Yağlar zavodunu və s. göstərmək olar. Bu ilin sonunadək Masazır Duz zavodu, Kürdəmirdə isə Süd zavodu fəaliyyətə başlayacaq. Daha böyük bir müəssisə isə Biləsuvar Konserv zavodu tikilib tam başa çatıb və bu günlərdə yüksək səviyyədə açılışı olacaq. Bundan əlavə, şirkət Biləsuvarda, İmişlidə, Bərdədə, Saatlıda, Sabirabadda, Beyləqanda, Ağdamın işğal olumayan ərazilərində və digər regionlarda yüz hektarlarla istifadəyə yararsız torpaqlara ikinci həyat verərək tam yararlı hala gətirib. İndi bu ərazilərdə yüksək keyfiyyətli çuğundur və tərəvəz məhsulları yetişdirilir. Azərsun Holdinq Şirkətlər Qrupunun prezidenti Abdolbari Gözəlin göstərişi ilə regionlarda açılan müəssisələrdə ilk növbədə doğma yurdlarından məcburi köçkün düşmüş qaçqınlar işə cəlb olunurlar.

Azərsun Holdinq şirkətinin məhsulları Azərbaycan markası ilə artıq beynəlxalq bazara çıxaraq böyük uğurlar əldə edib. Bu da Azərbaycan adının dünyada daha geniş tanınması üçün bir vasitədir. Şirkət həmişə dövlətin iqtisadi layihələrinin yerinə yetirilməsində fəal iştirak edib və gələcəkdə də edəcək.

"Xeyriyyəçilik missiyasını yerinə yetirərək uşaqlar, qocalar və əlillər evlərinə, şəhid ailələrinə, Qarabağ əlillərinə, internat məktəblərinə, həmçinin bu kimi tədbirlərə Azərsun Holdinq Şirkətlər Qrupu həmişə maddi dəstək verib və bu gündən sonra da bu yöndə fəaliyyətini davam etdirəcək", - Səfərov deyib.

Xəbər lenti

Xəbər lenti