...

Beynəlxalq Sığorta Şirkəti "Fitch" ilə reytinq qiyməti barədə danışıqlara hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2009 11:56 (UTC +04:00)
Moody's Investors Service agentliyindən ilk beynəlxalq reytinqi alan Azərbaycan Beynəlxalq Bankının Beynəlxalq Sığorta Şirkəti etibarlılığını artırmağa hazırlaşır.
Beynəlxalq Sığorta Şirkəti "Fitch" ilə reytinq qiyməti barədə danışıqlara hazırlaşır

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir Ü.İsmayılova /

Moody's Investors Service agentliyindən ilk beynəlxalq reytinqi alan Azərbaycan Beynəlxalq Bankının Beynəlxalq Sığorta Şirkəti (BBŞ) etibarlılığını artırmağa hazırlaşır.

Trend -a şirkətin nümayəndəsinin bildirdiyi kimi, BSŞ daha bir beynəlxalq agentliyin versiyası üzrə reytinq almağa hazırdır.

"Artıq növbəti həftə biz "Fitch Ratings" agentliyi ilə reytinqimizin qiymətləndirilməsi perspektivləri barədə danışıqlara başlayacağıq", - şirkətin nümayəndəsi bildirib.

Şirkət beynəlxalq reytinqin alınmasını BSŞ-nin dörd il ərzində həyata keçirilən müasirləşdirilməsinin məntiqi nəticəsi və onun inkişafın tamamilə yeni mərhələsinə çıxması hesab edir.

Moody's BSŞ üçün dəyişikliyin stabil proqnozu ilə B2 səviyyəsində maliyyə davamlılığı sığorta reytinqi müəyyənləşdirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti