Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir Ü.İsmayılova/
Oktyabrın 25-də qastrit diaqnozu ilə 5 nömrəli uşaq xəstəxanasına yerləşdirilən Bakı şəhəri, Sabunçu rayonu 67 nömrəli məktəbin şagirdində vəba törətməyən NAQ vibrionu aşkar edilib. Bu barədə Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bir müddət əvvəl Azərbaycan KİV-ləri bildirmişdi ki, vəba şübhəsi ilə şagird xəstəxanaya yerləşdirilib.
Nazirliyin məlumatına görə, Azərbaycan Respublikası Gigiyeniya və Epidemiologiya Mərkəzinin laboratoriyasının analizi nəticəsində məlum olub ki, xəstədə aşkar edilən NAQ vibrionu ancaq kəskin bağırsaq infeksiyasına səbəb ola bilər, lakin bu vəbatörədici deyil.
Xəstədə aşkar edilmiş NAQ vibrionu ilə əlaqədar xəstənin oxuduğu məktəbdə müvafiq tədbirlər görülüb.
NAQ vibrionu diareya xəstəliyinə səbəb ola bilər, hər halda vəba diaqnozu qoyulmur. Əgər NAQ vibrionlarının bölünmə tezliyi əhəmiyyətli dərəcədə artarsa, bu, epidemioloji uğursuzluq, axar suların hovuzlarının çirklənməsi, toksigenizm barədə xəbər verir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]