...

Bakı metrosunda gediş haqqının artırılması sərnişinlərin sayının azalmasına səbəb olub – Bakı metropoliteninin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2009 11:49 (UTC +04:00)
Bakı metropolitenində gediş haqqının artırılması ilə əlaqədar metrodan istifadə edən sərnişinlərin sayı 10 faiz aşağı düşüb, bu barədə çərşənbə günü Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.
Bakı metrosunda gediş haqqının artırılması sərnişinlərin sayının azalmasına səbəb olub – Bakı metropoliteninin rəhbəri

Azərbaycan, Bakı, 18 oktyabr / Trend , müxbir M. Əliyev/

Bakı metropolitenində gediş haqqının artırılması ilə əlaqədar metrodan istifadə edən sərnişinlərin sayı 10 faiz aşağı düşüb, bu barədə çərşənbə günü Bakı metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

Oktyabr ayında Tarif Şurasının qərarı ilə Bakı metrosunda gediş haqqı 0,05 manatdan 0,15 manata qaldırılıb.

Əhmədovun fikrincə, Bakı metropolitenini dotasiyasız təsəvvür etmək qeyri-mümkündür.

"Bütün dünyada metro gəlir gətirmir. Bakıda 1 sərnişin üçün gediş haqqı 49,2 qəpiyə başa gəlir", - o əlavə edib.

Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir və hal-hazırda 21 stansiya var. Bu ilin axırına kimi 22-ci stansiya - "Azadlıq"ın istismara verilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti