...

Azərbaycanın nəqliyyat strukturlarının rəhbərləri Rusiyanın mükafatına layiq görülüblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Noyabr 2009 15:26 (UTC +04:00)
Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və ölkənin Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov Moskvada Rusiyanın nəqliyyat administrasiyasının yaradılmasının 200-cü yubileyi şərəfinə xüsusi mükafat nişanları ilə təltif edilib, bu barədə Dəniz Administrasiyasının məlumatında deyilir.
Azərbaycanın nəqliyyat strukturlarının rəhbərləri Rusiyanın mükafatına layiq görülüblər

Azərbaycan, Bakı, 20 noyabr / Trend /

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və ölkənin Dövlət Dəniz Administrasiyasının başçısı Qüdrət Qurbanov Moskvada Rusiyanın nəqliyyat administrasiyasının yaradılmasının 200-cü yubileyi şərəfinə xüsusi mükafat nişanları ilə təltif edilib, bu barədə Dəniz Administrasiyasının məlumatında deyilir.

Azərbaycanın nəqliyyat strukturlarının rəhbərlərinə xüsusi nişanlar nəqliyyat sektorunun inkişafına və nəqliyyat dəhlizləri ilə yük daşımaları həcminin artırılmasına verdikləri töhvələrə görə təqdim olunub.

Azərbaycanın nəqliyyat qurumlarının rəhbərləri noyabrın 19-20-də MDB ölkələrinin Koordinasiya Şurasının iclasında və Rusiyanın nəqliyyat administrasiyasının yaradılmasının 200 illik yubileyinin təntənəli qeyd olunma mərasimində iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti