...

Azərbaycan Parlamenti 2010-cu il dövlət büdcəsini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 13:23 (UTC +04:00)
Azərbaycan Parlamenti 101 səs "lehinə" və 8 səs "əleyhinə" olmaqla 2010-cu və növbəti üç il üçün dövlət və ümumi büdcə üzrə, eəcə də sosial iqtisadi inkişaf konsepsiyası üzrə proqnozları təsdiqləyib.
Azərbaycan Parlamenti 2010-cu il dövlət büdcəsini təsdiqləyib

Azərbaycan, Bakı, 26 noyabr / Trend , İ.Xəlilova/

Azərbaycan Parlamenti 101 səs "lehinə" və 8 səs "əleyhinə" olmaqla 2010-cu və növbəti üç il üçün dövlət və ümumi büdcə üzrə, eəcə də sosial iqtisadi inkişaf konsepsiyası üzrə proqnozları təsdiqləyib.

"2010-cu ilin dövlət büdcəsi haqqında" qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 10,015 milyard manat (ümumi daxili məhsulun (ÜDM) 31,5 faizi həcmində), mərkəzləşdirilmiş gəlirlər 9,552 milyard manat və yerli gəlirlər 462,98 milyon manat, xərclər 11,264 milyard manat (ÜDM-in 35,4 faizi həcmində), mərkəzləşdirilmiş məxaric 10,069 milyon manat və yerli xərclər 1,194 milyard manat təşkil edəcək.

Dövlət büdcəsi defisitinin limiti 1,249 milyard manat həcmində proqnozlaşdırılır. Büdcə defisitinin maliyyələşdirilməsi üçün dörd mənbə nəzərdə tutulub: dövlət mülkiyyətinin özəlləşdirilməsindən gələn gəlirlər hesabına, daxili və xarici borclar, həmçinin xaricdə qiymətli kağızların yerləşdirilməsindən gələn vəsait, büdcə təşkilatları tərəfindən göstərilən ödəmə xidmətlərindən gələn gəlirlər və dövlət büdcəsinin vahid xəzinə hesabında 2010-ci il yanvarın 1-nə olan vəsaitin qalığı hesabına.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun dövlət büdcəsinə köçürmələri 4 915 milyon manat həcmində gözlənilir.

Ümumi büdcənin maksimum xərcləri 12,486 milyard manat səviyyəsində proqnozlaşdırılır. Ümumi büdcəsinin gəlirləri 11,885 milyard manat həcmində müəyyən olunub. Ümumi büdcənin defisiti, Dövlət Neft Fondunun gəlirləri xaricində 6,544 milyard manat səviyyəsində proqnozlaşdırılıb.

Neftin bir barrelinin dünya bazarlarında qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilib.

Noyabrın 26-na olan cari məzənnnə 0,8024 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: : [email protected]

Xəbər lenti

Xəbər lenti