...

Noyabrın 25-də Azov dənizində "Berill" teploxodu ilə toqquşan "Sant-Viktoriya" yük gəmisi Ukraynaya yola düşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2009 16:44 (UTC +04:00)
Axtarış tədbirlərindən sonra noyabrın 25-də Azov dənizində qəza nəticəsində batan "Berill" teploxodu ilə toqquşan "Sant-Viktoriya" yük gəmisi Berdyanska (Ukrayna) yola düşüb. Batmış gəmidə 12 nəfərdən ibarət ekipaj üzvü olub.
Noyabrın 25-də Azov dənizində "Berill" teploxodu ilə toqquşan "Sant-Viktoriya" yük gəmisi Ukraynaya yola düşüb

Axtarış tədbirlərindən sonra noyabrın 25-də Azov dənizində qəza nəticəsində batan "Berill" teploxodu ilə toqquşan "Sant-Viktoriya" yük gəmisi Berdyanska (Ukrayna) yola düşüb. Batmış gəmidə 12 nəfərdən ibarət ekipaj üzvü olub. Bu barədə FHN-in cənub regional mərkəzinin mətbuat xidmətindən bildirilib. Məlumatı RBK yayıb.

Hadisə yerində "Berill"i təftiş edən dalğıcların işi gedir. Neft məhsulların iki əlvan şleyfi aşkar olunub. FHN-dən qeyd edildiyi kimi, ötən günlərdə neft məhsullarının drenaj mənbələrinin və gəminin germetizasiyasının axtarışı üzrə dalğıc işləri müsbət nəticə verməyib.

"Berill" yük gəmisi kapitanın sözlərinə görə, gəmidə suyun üzünə çıxmış 3 ton işlənmiş yağ olub.

Xatırladaq ki, iki yük gəmisi "Berill" (hərəkət marşrutu Rostov na Donu limanı - Türkiyə, Fritaun, Syerra-Leone qeydiyyatında) və "Sant-Viktoriya"( Yeysk limanı - Samsun limanı, Türkiyə, Qəmər adaları bayrağı altında) noyabrın 25-də Azov dənizi hövzəsində "Qafqaz" və Yeysk limanları arasında toqquşub. Hadisə nəticəsində "Berill" batıb. Gəminin göyərtəsində olan bütün adamlar (12 ekipaj üzvü) "Sant-Viktoriya"nın göyərtəsinə qaldırılıb. Batmış gəminin göyərtəsində təxminən 30 ton yanacaq və 2850 ton metal qırıntısı olub.

Xəbər lenti

Xəbər lenti