...

Britaniya və İsrail şirkətləri Azərbaycanda iri istilik kompleksinin tikintisinə sərmayə yatırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2010 17:37 (UTC +04:00)
Cümə axşamı Bakıda Azərbaycan İnvestisiya Şirkəti və Britaniyanın Marcin International və İsrailin Myba Agro Project şirkətləri arasında "AzAgro Export" birgə müəssisəsinin təsis edilməsi barədə müqavilənin imzalanması mərasimi təşkil olunub.
Britaniya və İsrail şirkətləri Azərbaycanda iri istilik kompleksinin tikintisinə sərmayə yatırır

Azərbaycan, Bakı, 21 yanvar / Trend , müxbir N.İsmayılova/

Cümə axşamı Bakıda Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və Böyük Britaniyanın Marcin International və İsrailin Myba Agro Project şirkətləri arasında "AzAgro Export" birgə müəssisəsinin təsis edilməsi barədə müqavilənin imzalanması mərasimi təşkil olunub.

Müəssisə şitillər üçün istixanaların tikintisi, soyuducu anbar, çeşidləyici və qablaşdırıcı sexin yaradılması layihəsi çərçivəsində yaradılır.

Layihənin ümumi dəyəri 29,5 milyon dollar təşkil edir.

"AİŞ-in Müşahidə Şurası yanvarın 16-da Xaçmaz rayonunda müasir istilik kompleksinin tikintisinə kapital qoyuluşu barədə qərarı bəyənib", - AİŞ-in icraçı direktoru Əfqan İsayev imzalanma mərasimində deyib.

Onun sözlərinə görə, bu layihə Azərbaycan əhalisini 2008-2015-ci illərdə ərzaq məhsulları ilə etibarlı təmin etmək və ölkə regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı barədə dövlət proqramlarının məqsədləri ilə uyğundur.

AİŞ və Marcin International şirkətlərinin birgə müəssisədəki payı 36,5 faiz, Myba Agro Project şirkətinin payı isə 27 faiz təşkil edir.

"Bu layihənin həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatına 18,8 milyon dollar xarici investisiya cəlb olunacaq", - İsayev deyib.

Bu layihənin həyata keçirilməsində AİŞ-in investisiyası 10,7 milyon dollar təşkil edəcək.

İsayevin sözlərinə görə, birgə müəssisənin yaradılmasına dair təşkilati və infrastruktur məsələlərin 18 ay müddətində həll edilməsi planlaşdırılır.

Layihənin biznes planına əsasən, istilik kompleksində bir il müddətində 1,4 milyon şitil və altı min ton tərəvəz yetişdirmək planlaşdırılır.

"Kompleksdə istehsal olunmuş məhsulların 75-85 faizi ixrac üçün, qalan məhsullar isə daxili bazara yönəldiləcək, - AİŞ rəhbəri deyib. - Əsas ixrac bazarlarından biri Rusiya və Qazaxıstan olacaq".

Kompleksin tikintisi üçün 24 hektar torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti