...

Yazda Londonda Azərbaycan-Britaniya biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Yanvar 2010 15:11 (UTC +04:00)
2010-cu il martın 8-də Londonda "Mansion House" sarayında böyük biznes forumu keçiriləcək. Forum Azərbaycan və Böyük Britaniya arasında ticarətin və investisiya qoyuluşunun inkişafına dəstək göstərəcək.
Yazda Londonda Azərbaycan-Britaniya biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 25 yanvar / Trend /

2010-cu il martın 8-də Londonda "Mansion House" sarayında böyük biznes forumu keçiriləcək. Forum Azərbaycan və Böyük Britaniya arasında ticarətin və investisiya qoyuluşunun inkişafına dəstək göstərəcək. Bu barədə Azərbaycan Beynəlxalq Bankının məlumatında deyilir.

Lord Hauelin sədrliyi ilə keçiriləcək konfransda Azərbaycan və Britaniya tərəfdən hökumət üzvlərinin məruzələri dinləniləcək.

Yaxın Şərq Assosiasiyası tərəfindən təşkil edilən forum həm də son iki il ərzindəki iki yüksək səviyyəli missiyanın nəticəsi olacaq. Yaxın Şərq Assosiasiyası Azərbaycan Beynəlxalq Bankı ilə birgə Azərbaycan-Britaniya biznes şurasını yaradıblar. Biznes şurası 2009-cu ilin sentyabr ayında fəaliyyətə başlayıb.

Şuranın ilk həmsədrləri Britaniya tərəfdən Lord Hauel, Azərbaycan tərəfdən isə AMB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev seçilib.

Azərbaycan və Böyük Britaniya arasında işgüzar əməkdaşlığın genişləndirilməsi, iki ölkə arasında ticarət və investisiya əlaqələrinin dərinləşməsi şuranın qarşısına qoyduğu məqsədlərdir. Bununla yanaşı, şura AMB və Yaxın Şərq Assosiasiyası ilə sıx tərəfdaşlıq edəcək.

Xəbər lenti

Xəbər lenti