...

Qətərin turizm üzrə Baş idarəsinin sədri Azərbaycan səfirini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 10:43 (UTC +04:00)
Qətərin Turizim üzrə Baş İdarəsinin sədri Əhməd əl-Nueymi çərşənbə axşamı Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovu turizm sahəsində 2004-cü ildə imzalanan qarşılıqlı memoranduma yenidən baxılması üçün qəbul edib. Qətərin Gulf Times qəzeti yazır.
Qətərin turizm üzrə Baş idarəsinin sədri Azərbaycan səfirini qəbul edib

Azərbaycan, Bakı, 3 fevral / Trend , müxbir A.Axundov/

Qətərin Turizim üzrə Baş İdarəsinin sədri Əhməd əl-Nueymi çərşənbə axşamı Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimovu turizm sahəsində 2004-cü ildə imzalanan qarşılıqlı memoranduma yenidən baxılması üçün qəbul edib. Qətərin Gulf Times qəzeti yazır.

Görüşdə iki ölkənin turizm idarələrinin əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Eldar Səlimov əl-Nueymini apreldə Bakıda keçiriləcək IX Beynəlxalq turizm yarmarkasında iştirak etməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti