...

DəmirBank-ın əmanətçiləri Toyota RAV4 avtomobili, Paris səyahəti və videokameralar qazandı

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2010 17:42 (UTC +04:00)
DəmirBank 20 illiyi ilə bağlı əmanətçilər arasında əsas hədiyyəsi Toyota RAV4 avtomobili olan "YUBİLEY" uduş kampaniyasının 4-cü tirajını keçirib. Bu barədə çərşənbə günü bankın məlumatında deyilir.
DəmirBank-ın əmanətçiləri Toyota RAV4 avtomobili, Paris səyahəti və videokameralar qazandı

Azərbaycan, Bakı, 03 fevral / Trend /

DəmirBank 20 illiyi ilə bağlı əmanətçilər arasında əsas hədiyyəsi Toyota RAV4 avtomobili olan "YUBİLEY" uduş kampaniyasının 4-cü tirajını keçirib. Bu barədə çərşənbə günü bankın məlumatında deyilir.

Bu tirajda Toyota RAV4 avtomobili, Paris Səyahəti və 3 rəqəmsal videokameranın qalibləri müəyyən edilib. Qaliblər bank tərəfindən uduş barəsində məlumatlandırılıb.

Kampaniyada DəmirBank-da ən azı 1000 AZN / USD / EUR / GBP məbləğində və ən azı 12 ay müddətində olan əhalinin bütün əmanətləri iştirak edib (Sarı əmanəti istisna olmaqla). Əmanətin hər 1000 AZN / USD / EUR / GBP məbləği hər hədiyyənin uduşu zamanı 1 şansa bərabər olub.

YUBİLEY kampaniyasının hədiyyələri Toyota RAV4 avtomobili, hər biri 7 günə iki nəfərlik Xaricə Səyahətlər (Praqa, Vyana, Milan, Paris) və 15 rəqəmsal videokameradan ibarət olub.

DəmirBank əhaliyə onların tələblərini tam qarşılayan əlverişli şərtlərlə əmanətlər təklif edir. Əmanətlər üzrə DəmirBank-da maksimal faiz dərəcəsi 18,75% illik təşkil edir. Əmanətçinin istəyinə uyğun müxtəlif valyutalar, faizlərin alınma qrafikləri, əmanətin artırılması, faiz məbləğinə faiz hesablanması, faizləri itirmədən əmanətin vaxtından əvvəl çıxarılması, 70%-dək əmanət məbləğində kartla kredit xətti və sair imkanlar mövcuddur.

Əmanətlərin Sığortalanması Fondunun şərtlərinə uyğun olaraq DəmirBank-da əmanətlər sığortalanır. "DəmirBank-da 2009-cu il ərzində əhalinin əmanətlərinin məbləği 70% artıb. Bankda əmanətlərin həcmi hazırda 72,8 mln AZN təşkil edir. Bu göstəricilərə əsasən DəmirBank ölkədə aparıcı banklardan biridir. Bu bir tərəfdən bankın uğurlu fəaliyyətini və əhalinin DəmirBank-a etibarını, digər tərəfdən isə bankın təklif etdiyi əmanət məhsullarına və uduş kampaniyasına əhalinin marağını əks etdirir", - İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Yaxın günlərdə DəmirBank əmanətçiləri arasında yeni uduş kampaniyasının şərtlərini elan etməyi nəzərdə tutur. Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderlandın İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti