...

Bakıda ticarət obyektlərindən 10 ton vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2010 17:46 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının Binəqədi və Yasamal rayonlarındakı pərakəndə ticarət obyektlərindən 10 ton istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb.
Bakıda ticarət obyektlərindən 10 ton vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılıb

Azərbaycan, Bakı, 08 fevral / Trend /

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Bakının Binəqədi və Yasamal rayonlarındakı pərakəndə ticarət obyektlərindən 10 ton istifadə müddəti ötmüş ərzaq məhsullarını satışdan çıxarıb. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatda deyilir.

Obyektlərdə mənşəyi məlum olmayan və istehsal müddəti göstərilməyən istifadə müddəti ötmüş ərzaq məhsulları aşkar edilib. Onların arasında kolbasa və şirniyyat məmulatları, yağlar, makaron, süd və süd məhsulları, pivə, meyvə şirələri, su, çay, kofe və s. olub.

İstehlakçıların hüququnu pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq təbdirlər görülüb.

Dövlət Xidməti istehlakçıları məhsul alarkən onun etiketinə və istifadə müddətinə diqqət yetirməyə çağırır. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti