...

Azərbaycanın iqtisadi artımı Livan investisiyaları üçün mühiti yaxşılaşdırır – XİN rəhbəri Ali Şami

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2010 13:49 (UTC +04:00)
Azərbaycanın iqtisadi artımı, ötən il ərzində 9 faizdən çox artan ÜDM-in artımı ölkədə Livan biznesmenləri üçün investisiya mühitini yaxşılaşdırır. Livanın xarici işlər naziri Ali Şami belə hesab edir.
Azərbaycanın iqtisadi artımı Livan investisiyaları üçün mühiti yaxşılaşdırır – XİN rəhbəri Ali Şami

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir Ü.Sadıxova/

Azərbaycanın iqtisadi artımı, ötən il ərzində 9 faizdən çox artan ÜDM-in artımı ölkədə Livan biznesmenləri üçün investisiya mühitini yaxşılaşdırır. Livanın xarici işlər naziri Ali Şami belə hesab edir.

"Livan investisiya üçün imkanları yaxşılaşdırmağa şərait yaradan Azərbaycanın iqtisadi artımında iştirak etməyə ümid edir", - Şami TREND-ə eksklüziv müsahibəsində deyib.

Nazirin fikrincə, Livan konsaltinq və bank işi, turizmin inkişafı, ərzaq sektorunun genişləndirilməsi, geyim istehsalı, parfümeriya və elektrik cihazları sahəsində Azərbaycan bazarına təkliflər verməyə hazırdır.

"Azərbaycan və Livan arasında qarşılıqlı əmtəə dövriyyəsinin potensialı arta bilər", - çərşənbə axşam Şami elektron poçt vasitəsilə deyib.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ilin yanvar-noyabr ayları ərzində iki ölkənin əmtəə dövriyyəsi 17,6 milyon dollar təşkil edib ki, bunun da 17,5 milyon dolları Azərbaycan məhsullarının Livana ixracının payına düşüb.

Livanın sənaye sektorunun əsasını NEZ və sement zavodları təşkil edir. Ölkədə maliyyə-bank fəaliyyəti, turizm, ticarət, tərəvəzçilik, meyvəçilik, balıqçılıq və heyvandarlıq yaxşı inkişaf edib. Livanın ixracının əsasında kağız, sitrus meyvələr, alma, iplik parçalar, toxuculuq, əczaçılıq və zərgərlik məmulatları təşkil edir.

Xəbər lenti

Xəbər lenti