Gürcüstan, Tbilisi, 19 yanvar / Trend , müxbir N.Kirsxaliya/
Gürcüstanda yanvar ayında daxili istehsal dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 10% artıb. Bunu Gürcüstanın Baş naziri Nika Qilauri cümə günü keçirilən hökumət iclasında deyib.
"Bu göstərici 2008-ci ilin yanvar ayındakı göstərici ilə müqayisə edilib", - Qilauri deyib.
Onun sözlərinə görə, 2008-ci ilin yanvar-fevral ayları iqtisadi baxımdan ən fəal aylar olub. Qilauri əmin olduğunu bildirib ki, iqtisadi artım tendensiyası gələcəkdə də saxlanılacaq.
"Ümid edirəm ki, birinci rüb iqtisadi fəallıqla başa çatacaq", - Baş nazir deyib.