...

Almaniyada pilotlar tətil etdiklərinə görə Lufthansa Frankfurt-Bakı-Frankfurt reysini təxirə salır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 11:50 (UTC +04:00)
Almaniyanın Lufthansa aviaşirkəti pilotların tətil etməsilə ələqədar fevralın 24-də Frankfurt-Bakı-Frankfurt reysini təxirə salacaq. Bu barədə bazar ertəsi aviaşirkətin Bakı nümayəndəliyindən məlumat verilib.
Almaniyada pilotlar tətil etdiklərinə görə Lufthansa Frankfurt-Bakı-Frankfurt reysini təxirə salır

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir S.Əliyev/

Almaniyanın Lufthansa aviaşirkəti pilotların tətil etməsilə ələqədar fevralın 24-də Frankfurt-Bakı-Frankfurt reysini təxirə salacaq. Bu barədə bazar ertəsi aviaşirkətin Bakı nümayəndəliyindən məlumat verilib.

Lufthansa aviaşirkətinin pilotları bazar ertəsi fevralın 22-də dördgünlük tətilə başlayıblar.

Nümayəndəlikdən verilən məlumata görə, bu gün (22 fevral) reys həyata keçirilib. Reys fevralın 26-da da həyata keçiriləcək.

Berlin vaxtı ilə saat saat 00:00-da (Moskva vaxtı ilə 02:00) başlayan tətildə 4 mindən çox adamın iştirak etməsi aksiyanı son 10 ildə Lufthansa əməkdaşlarının keçirdikləri ən iri miqyaslı etiraz aksiyasına çevirib. Pilotlarla yanaşı tətildə Lufthansa Cargo logistika şöbəsinin, həmçinin Germanwings büdcə aviadaşıyıcısının əməkdaşları iştirak edirlər. Bu barədə Lenta.ru yazır.

Aviaşirkət fevralın 18-dək bilet alan Lufthansa müştərilərinə 2010-cu il mayın 31-dək istənilən gün pulsuz uçuş təklif edir. Uçuş və təyinat üzrə hava limanlarını dəyişmək olmaz. Həmçinin fevralın 22-25-də təxirə salınacaq reysə biletləri ödənilmiş pulların qaytarılması şərtilə təhvil vermək olar.

Xəbər lenti

Xəbər lenti