...

Azərbaycanda 600 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Fevral 2010 17:39 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından ümumi çəkisi 600 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.
Azərbaycanda 600 kiloqramdan çox vaxtı ötmüş ərzaq məhsulları məhv edilib

Azərbaycan, Bakı, 22 fevral / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı istehlak bazarından ümumi çəkisi 600 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinqlər Bakının Nizami və Nərimanov rayonlarında aparılıb.

Mağazalardan kolbasa və qənnadı məmulatları, makaron məmulatları, yağlar, balıq və süd məhsulları, konservləşdirilmiş məhsullar, pivə, meyvə şirələri, sular, çay, kofe, quru meyvələr, düyü və s. aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.

Xəbər lenti

Xəbər lenti