...

Unibank Azərbaycan regionunda növbəti filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2010 19:15 (UTC +04:00)
"Unibank" Kommersiya Bankı" ASC martın 3-də Lənkəran rayonunda yeni regional filial açıb. Bu barədə bankın məlumatında deyilir.
Unibank Azərbaycan regionunda növbəti filialını açıb

Azərbaycan, Bakı, 03 mart / Trend /

"Unibank" Kommersiya Bankı" ASC martın 3-də Lənkəran rayonunda yeni regional filial açıb. Bu barədə bankın məlumatında deyilir.

Filialın açılışı mərasimində bankın İdarə Heyətinin sədri Faiq Hüseynov, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, regionun işgüzar dairələrinin nümayəndələri iştirak edibr.

"Lənkəranda filialın açılması ölkənin regionlarında bizim biznesin genişləndirilməsi işində növbəti addım olub. Ölkənin ən iri özəl banklarından biri kimi, "Unibank" özünün filial şəbəkəsini genişləndirməkdədir ki, bu da xidmətlərimizi daha geniş müştəri dairəsi üçün əlçatan edəcək", - Hüseynov tədbirdə deyib.

"Lənkəran filialının fəaliyyətində kiçik və orta biznesin maliyyə baxımından dəstəklənməsi prioritet olacaq", - Hüseynov deyib. Onun sözlərinə görə, Lənkəran regionu bank xidmətlərinə istehlakçıların marağının artan potensialına malikdir.

"Bizim xidmətlərin geniş spektri sərfəli faiz dərəcələrimizlə, qərarların qəbul edilməsinin sadə və cəld prosedurları ilə yanaşı, bölgədə əhalini keyfiyyətli bank məhsulları ilə təmin edəcək. Əminəm ki, "Unibank"-ın yeni filialının xidmətlərinə yalnız Lənkəranda deyil, həm də yaxında yerləşən və əhalisi 200 mindən artıq olan regionun şəhər, kənd və qəsəbələrində də ehtiyac olacaq", - bank rəhbəri deyib.

"Unibank"-ın Heydər Əliyev küçəsi, 12 ünvanında yerləşən yeni filialı əhaliyə depozit məhsulları, istehlak kreditləşməsi, avto və mikrokreditləşdirilmə proqramları, pul köçürmələri, kommunal ödənişlər, habelə müxtəlif çeşidli plastik kartlar da daxil olmaqla, bank xidmətlərinin tam spektrini təklif edir. Lənkəran filialının fəaliyyətində "Unibank"-ın kredit məhsullarının geniş xətti, konkret olaraq, özəl sahibkarların və kiçik biznes müəssisələrinin kreditləşdirilməsi xüsusilə vurğulanacaq.

Azərbaycan İpoteka Fondunun və Sahibkarlığa Kömək Milli Fondunun səlahiyyətli bankı olaraq, "Unibank" Əmanətlərin Sığortalanması Fondunun iştirakçısıdır. Hazırda bankın filial şəbəkəsi 17 paytaxt və 7 regional (Gəncə, Sumqayıt, Şəki, Şəmkir, Quba, Lənkəran və Mingəçevir) filialından, habelə baş ofis və iki - "Gənclik" və "Gəncə-2" xidmət şöbələrindən ibarətdir.

Xəbər lenti

Xəbər lenti