Gürcüstan, Tbilisi, 11 mart / Trend , müxbir N.Kirsxaliya/
Martın 11-də Tbilisidə Almaniya evində "Gürcüstan-Almaniya biznes münasibətlərinə yardım" mövzusunda "dəyirmi masa" keçiriləcək.
Diskussiyaların təşkilatçıları İqtisadiyyat Nazirliyinin Milli İnvestisiya Agentliyi, Almaniya Texniki Yardım Cəmiyyətinin "Cənubi Qafqazda özəl sektorun inkişafı və Gürcüstanda Almaniya iqtisadi birlikləri" (DWVG) layihəsidir.
"Dəyirmi masa"ya 15 şirkətin nümayəndələri dəvət olunub - Almaniya İqtisadi Birliyinin üzvləri, Almaniya səfirliyinin, Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin və digər qurumların nümayəndələri.