...

"Аккоrd" şirkəti Bakıda "Gənclik" metrostansiyasının yaxınlığında yeni avtomobil qovşağı inşa edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2010 16:42 (UTC +04:00)
"Akkord" tikinti şirkəti "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Qələbə" meydanında iri avtomobil qovşağı inşa edəcək. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir.
"Аккоrd" şirkəti Bakıda "Gənclik" metrostansiyasının yaxınlığında yeni avtomobil qovşağı inşa edəcək

Azərbaycan, Bakı, 15 mart / Trend /

"Akkord" tikinti şirkəti "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən "Qələbə" meydanında iri avtomobil qovşağı inşa edəcək. Bu barədə şirkətin bazar ertəsi yaydığı məlumatda bildirilir. Bundan əvvəl şirkət Nəqliyyat Nazirliyinin elan etdiyi tenderin qalibi olub.

Bu layihənin reallaşmasında əsas məqsəd avtomobil nəqliyyatı hərəkətinin tənzimlənməsi, tıxacların aradan qaldırılması, "Qələbə" meydanında və onunla kəsişən yollarda işıqforsuz rejimin təminatıdır.

Layihə çərçivəsində beş tunelin, üçmərtəbəli avtomobil dayanacağının inşası və bitişik yolların genişləndirilməsi nəzərdə tutulur. Layihənin reallaşması çərçivəsində "Gənclik" stansiyasının "Atatürk" prospektinə çıxışının meydanın mərkəzinə yönəldilməsi nəzərdə tutulur.

İnşaat işlərinə apreldə başlanması planlaşdırılır. Plana görə, ilk növbədə, "Akkord" bütün kommunikasiya xətlərini köçürəcək. Avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmaması üçün, ilk növbədə, iki tunel tikiləcək, bundan sonra ardıcıl olaraq üçüncü, dördüncü və beşinci tunel inşa ediləcək. Ərazidə, həmçinin, yaşıllaşdırma işlərinin aparılması nəzərdə tutulub.

Əraziyə "Akkord" şirkətinin 200-ə yaxın işçisi və 40-a yaxın müvafiq texnikası cəlb olunub. Hazırda burada hasarlama işləri aparılır.

Xəbər lenti

Xəbər lenti