...

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və FAO iki layihənin həyata keçirilməsi haqqında müqavilə imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Mart 2010 17:48 (UTC +04:00)
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü iki layihənin birgə reallaşdırılması barədə müqavilə imzalayıb.
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və FAO iki layihənin həyata keçirilməsi haqqında müqavilə imzalayıb

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) cümə günü iki layihənin - "Bitkilərin ənənəvi seleksiyası və Azərbaycanda biotexniki imkanlar vasitəsilə genetik ehtiyatların istifadəsinin gücləndirilməsi" və "Cənubi Qafqazda və Mərkəzi Asiyada köçəri və digər zərərli çəyirtkələr üzərində nəzarətin gücləndirilməsi" layihələrinin birgə reallaşdırılması barədə müqavilə imzalayıb.

Birinci layihənin büdcəsi 385 min dollar təşkil edir və iki il ərzində reallaşdırılacaq. Layihənin əsas məqsədi bitkilərin milli seleksiyasının imkanlarının və Azərbaycanın iki əsas araşdırmalar institutunun - Elmi-Tədqiqat Bitkiçilik İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun biotexniki imkanlarının gücləndirilməsidir.

İkinci layihənin büdcəsi 322 min dollar təşkil edir. Bu layihənin reallaşdırılmasının müddəti iki il təşkil edir və 9 ölkəni - Azərbaycan, Ermənistan, Gürcüstan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanı əhatə edir. Bu layihənin əsas məqsədi Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə əməkdaşlıq imkanlarının gücləndirilməsi vasitəsilə həm milli, həm də regional səviyyədə çəyirtkələrlə mübarizənin səviyyəsinin yaxşılaşdırılmasından ibarətdir.

Xəbər lenti

Xəbər lenti