...

Azərbaycanda dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur- Maliyə naziri

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2010 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart/ Trend müxbir N.İsmayılova/

Azərbaycanda bu gün 2010-cu ilin dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac yoxdur. Bu barədə şənbə günü Respublikanın Maliyyə naziri Samir Şərifov bildirib.

"Büdcənin yerinə yetirilməsi normal rejimdə həyata keçirilir. Hazırda bəzi gəlir payı xərcləri ötür",- Şərifov bildirib.

"2010-cu ilin dövlət büdcəsi haqqında" qanuna əsasən, 2010-cu il dövlət büdcəsinin gəlirləri 10,015 milyard manat (ümumi daxili məhsulun (ÜDM) 31,5 faizi həcmində), mərkəzləşdirilmiş gəlirlər 9,552 milyard manat və yerli gəlirlər 462,98 milyon manat, xərclər 11,264 milyard manat (ÜDM-in 35,4 faizi həcmində), mərkəzləşdirilmiş məxaric 10,069 milyon manat və yerli xərclər 1,194 milyard manat təşkil edəcək.

Dövlət büdcəsi defisitinin limiti 1,249 milyard manat həcmində proqnozlaşdırılır. Büdcə defisitinin maliyyələşdirilməsi üçün dörd mənbə nəzərdə tutulub: dövlət mülkiyyətinin özəlləşdirilməsindən gələn gəlirlər hesabına, daxili və xarici borclar, həmçinin xaricdə qiymətli kağızların yerləşdirilməsindən gələn vəsait, büdcə təşkilatları tərəfindən göstərilən ödəmə xidmətlərindən gələn gəlirlər və dövlət büdcəsinin vahid xəzinə hesabında 2010-ci il yanvarın 1-nə olan vəsaitin qalığı hesabına.

Ümumi büdcənin maksimum xərcləri 12,636 milyard manat səviyyəsində təsdiqlənib. Ümumi büdcənin defisiti, Dövlət Neft Fondunun gəlirləri xaricində 6,714 milyard manat səviyyəsində təsdiqlənib.

Neftin bir barrelinin dünya bazarlarında qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti