...

Azərbaycan və Moskva vilayəti iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə proqramın imzalanmasına hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2010 14:36 (UTC +04:00)
Azərbaycan və Moskva vilayəti 2010-2012-ci illərdə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə ortamüddətli proqramın imzalanmasına hazırdır. Bunu cümə axşamı Bakıda keçirilən "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda "dəyirmi masa"da Moskva vilayəti sənaye nazirinin müavini Mixail Savin deyib.
Azərbaycan və Moskva vilayəti iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə proqramın imzalanmasına hazırdır

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Moskva vilayəti 2010-2012-ci illərdə iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə ortamüddətli proqramın imzalanmasına hazırdır. Bunu cümə axşamı Bakıda keçirilən "Rusiya və Azərbaycan: regionlararası əməkdaşlığın regionlararası tərəfdaşlığa doğru genişlənməsi" mövzusunda "dəyirmi masa"da Moskva vilayəti sənaye nazirinin müavini Mixail Savin deyib.

"2010-2012-ci illərdə Moskva vilayəti və Azərbaycan arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə ortamüddətli proqram layihəsi hazırlanıb. Biz onu yaxın vaxtlarda imzalamağa hazırıq. Bu proqram Moskva vilayəti Ticarət-Sənaye Palatasının xətti ilə hazırlanır və biz də bu işə hazırıq", - Savin deyib.

Onun sözlərinə görə, Moskva vilayəti və Azərbaycan arasında əmtəə dövriyyəsi 2009-cu ildə 80 milyon dollar təşkil edib. İxracın əsasını dəmir yolu nəqliyyatı vasitələri, spirtli və spirtsiz işkilər, un və qənnadı məmulatları təşkil edib.

İdxalın əsasını pambıq, pambıq lifi, plastmas məmulatlar, spirtli və spirtsiz içkilər, meyvə və tərəvəz təşkil edib. Əməkdaşlığın perspektiv istiqamətlərindən biri Azərbaycana yüksəktexnoloji məhsulların, məişət və elektron texnikanın göndərilməsidir.

Görüş zamanı Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib ki, aprelin sonlarında - mayın əvvəllərində Rusiyanın Stavropol diyarının nümayəndə heyəti Azərbaycana gələcək. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycanın əməkdaşlıq etdiyi Rusiya regionları, əsasən, ölkənin ucqar ərazilərində yerləşir. Lakin RF-in həmsərhəd regionları ilə qarşılıqlı münasibətləri inkişaf etdirmək lazımdır.

Bu günədək Azərbaycan və Şimali Qafqazın regionları arasında beş hökumətlərarası saziş imzalanıb. "Azərbaycan Rusiya Federasiyasının 70 subyekti ilə əməkdaşlıq edir", - səfir deyib.

Xəbər lenti

Xəbər lenti