...

Gürcüstan banklarındakı bütün depozitlər lariyə çevriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2010 19:26 (UTC +04:00)

Gürcüstan, Bakı, 15 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan hökuməti yaxın ilyarım ərzində lariləşmə və lari pul bazarının inkişafını həyata keçirmək niyyətindədir. Bunu Gürcüstan Milli Bankının prezidenti Georgi Kadaqidze cümə axşamı Tbilisidə "Qafqaz, Mərkəzi Asiya və Avropa İttifaqının sərhəd ölkələrində kreditləşmənin davamlı artımı" mövzusunda keçirilən konfrans zamanı deyib.

Lariləşmə prosesində kommersiya banklarındakı bütün depozitlər və əmanətlər Gürcüstanın milli valyutasına - lariyə çevriləcək.

Konfransın işində Gürcüstan Milli Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondunun nümayənələri, həmçinin 12 ölkənin Maliyyə nazirlikləri və Mərkəzi banklarının nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti