...

Bank Respublika yeni uduş kampaniyasının başlandığını elan edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Bank Respublika əmanətçilərini sevindirməkdə davam edir və mükafatları 999.9 əyarlı qızıl külçələr olan yeni uduş kampaniyasının başlandığını elan edir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda bildirilir.

"Bank tərəfindən son 6 ildə keçirilmiş uduş kampaniyaları müştərilərdə daim böyük maraq doğurub. Bu faktı və əmanətçilərin istəklərini nəzərə alaraq, bank yeni uduş kampaniyasına başlamaq qərarına gəlib. 2010-cu il aprelin 15-dən başlayan kampaniya hər ay keçiriləcək və 2010-cu il dekabrn 15-dək davam edəcək", - məlumatda deyilir.

Kampaniya çərçivəsində hər ay nəcib metal - qızıl oynanılacaq. Əmanət hesabında ən azı 1 il müddətinə və 1000 AZN/USD/EUR məbləği olan hər bir əmanətçi kampaniyanin qalibi ola bilər. Əmanətin hər 1000 AZN/USD/EUR uduş üçün 1 şans verir. Bankın əməkdaşları və səhmdarlarının əmanətləri kampaniyada iştirak etmir.

Kampaniyanın 2010-cu il aprelin 15-də keçirdiyi birinci tirajı artıq 6 əmanətçiyə qızıl külçələr qazandırıb.

Bank Respublikanın əmanətçiləri əmanətin məbləğindən və müddətindən asılı olaraq 45 günədək faizsiz kredit xətti ilə MasterCard və VISA kartlarını əldə edə, "Home Banking" və "MobilBank" xidmətinə qoşula, pulsuz bank seyfindən istifadə edə, bank hesabına səyahət, tibbi sığorta və güzəştli şərtlərlə kredit ala bilərlər.

Bank Respublika "Əmanətlərin sığortalanması haqqında" qanuna əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bankda yerləşdirilmiş əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

1992-ci ildən fəaliyyət göstərən Bank Respublika hazırda Azərbaycanın aparıcı banklarından biridir. Bankın səhmdarları sırasında "25% + 1 səhm" paketinə malik Almaniyanın iki böyük maliyyə təşkilatı təmsil olunur - KfW bank qrupunun üzvü DEG və Sparkassen-Finanzgruppe üzvü SIDT.

Xəbər lenti

Xəbər lenti