...

AccessBank Gəncə şəhərində ikinci filialını açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2010 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel /Trend/

AccessBank Gəncə şəhərində sayca ikinci filialını açdı. Yeni "Nizami" filialının açılışı ilə AccessBank filiallarının sayı 24-ə çatdı. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Gəncədə ikinci filialın açılışı bilavasitə birincinin uğurlu fəaliyyəti ilə əlaqədardır. Belə ki, beş ildən az bir müddətdə "Gəncə" filialı artıq bir filialda xidmət olunması imkansız olan müştəri bazası toplaya bildi. Hazırda AccessBank-ın Gəncə şəhərindəki filiallarında 11 000 nəfərdən çox müştəriyə xidmət göstərilir. "Nizami" filialının rəhbəri bank sahəsində işgüzar fəaliyyətini AccessBank "Gəncə" filialında başlayan Oksana Əliyeva təyin olunub.

"Yeni filialın şəhərin mərkəzində yerləşməsi bizə yerli əhalinin əməliyyat məhsullarına olan tələbatını tam ödəməyə, müştərilərə fərdi yanaşma təmin etməyə və keyfiyyətli xidmət göstərməyə imkan verəcək", - "Nizami" filialının müdiri Oksana Əliyeva yeni filialın açılışını şərh edərək bildirib.

"Gəncədə ikinci filial açmaqla bu şəhərdəki müştərilərimizə daha yaxşı xidmət göstərməyə nail olmağımızdan məmnunuq", - AccessBank-ın baş meneceri Endrü Pospilovski yeni filialın açılışını şərh edərək bildirib.

"Nizami" filialında həm fiziki, həm də hüquqi şəxslər üçün qeyri-kredit bank xidmətləri təklif olunur - buraya hesabların və depozitlərin açılması, VISA plastik kartları, eləcə də istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa ilə bağlı əməliyyatlar daxildir.

АccessBank beynəlxalq Fitch reytinq agentliyi tərəfindən Azərbaycan bankları arasında ən etibarlı bank adına layiq görülüb (BB+). AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti