...

Azərbaycanda mehmanxana xidmətlərinin qiymətləri azalmaqda davam edir - Mədəniyyət və Turizm Nazirliyi

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2010 13:37 (UTC +04:00)
Son iki ildə Azərbaycanda otellərdə göstərilən xidmətlərin qiymətləri enib. Bunu çərşənbə axşamı "Turizm və Səyahət" IX Azərbaycan Beynəlxalq Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin turizm sektorunun rəhbəri Aydın İsmiyev deyib.
Azərbaycanda mehmanxana xidmətlərinin qiymətləri azalmaqda davam edir - Mədəniyyət və Turizm Nazirliyi

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir Ü.İsmayılova/

Son iki ildə Azərbaycanda otellərdə göstərilən xidmətlərin qiymətləri enib. Bunu çərşənbə axşamı "Turizm və Səyahət" IX Azərbaycan Beynəlxalq Sərgisinə həsr olunmuş mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin turizm sektorunun rəhbəri Aydın İsmiyev deyib.

"Ötən il ölkənin cənub regionundakı otellərdə qiymətlər 25-30 faiz enib; şimal regionunda, məhz ən iri "Atlant" otelində 2009-cu ildə bir günü 50-60 manata dincəlmək olardı", - İsmiyev bildirib.

Onun sözlərinə görə, ölkənin mehmanxana obyektlərində qiymətlərin enməsi əsasən belə obyektlərin sayının artması, həmçinin bazarda rəqabətlə bağlıdır. Əgər 2003-cü ildə ölkədə 96 mehmanxana və mehmanxanatipli obyekt fəaliyyət göstərirdisə, hazırda onların sayı 452-yə çatıb və bu, təxminən üçqat artım deməkdir. Hər il ölkədə 25-30 otel tikilir.

İsmiyev hesab edir ki, ölkədə mehmanxanaların və mehmanxanatipli obyektlərin sayının artması ilə xidmətin dəyəri tədricən öz real qiymətinə çatacaq.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da 2010-2014-cü illərdə respublikada turizmin inkişafı üzrə Dövlət Proqramını təsdiqləyib.

Xəbər lenti

Xəbər lenti