...

Bakıda yenitikililərin qiyməti ucuzlaşmaqda davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2010 11:21 (UTC +04:00)
Mart ayında Bakıda ilkin daşınmaz əmlak bazarında mənzillərin bir kvadratmetrinin qiyməti fevral ayındakı 883 dollara qarşı 0,3 faiz və ya 880 dollaradək ucuzlaşıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.
Bakıda yenitikililərin qiyməti ucuzlaşmaqda davam edir

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir Ü.İsmayılova/

Mart ayında Bakıda ilkin daşınmaz əmlak bazarında mənzillərin bir kvadratmetrinin qiyməti fevral ayındakı 883 dollara qarşı 0,3 faiz və ya 880 dollaradək ucuzlaşıb. Bu barədə çərşənbə axşamı "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən məlumat verilib.

Qiymətlərin azalması, əsasən, Bakının Xətai və Yasamal rayonlarında müşahidə olunub.

Martda tikilən mənzillərin orta sahəsi 121,9 kvadratmetr təşkil edib. Fevral ayında bu rəqəm 121,6 kvadratmetr olub.

Yenitikililərdə orta göstərici 15,2, tikilməkdə olan binaların bloklarında 2,4 təşkil edib.

Mart ayında Bakıda ilkin daşınmaz əmlak bazarında portfelin böyük hissəsini paytaxtın Yasamal, Xətai və Nəsimi rayonları təşkil edib. Onlar bazarın ümumi portfelinin 66,1 faizini təşkil ediblər. Yerdə qalan 10,8 faiz Bakının Binəqədi, 9,4 faiz Nərimanov, 6,2 faiz Nizami, 3,7 faiz Səbail, 2,8 faiz Sabunçu, 0,7 faiz Suraxanı, 0,2 faiz Qaradağ rayonunun payına düşüb.

Cədvəl şəhərin rayonları üzrə yenitikililərin qiymətlərini göstərir:

Bakı şəhərini rayonları

Qiymətlər manatla

Nərimanov

500-1300

Nəsimi

900-2000

Nizami

600-700

Səbail

800-2300

Xətai

450-800

Yasamal

1500-3000

Mayın 4-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti