...

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə üzrə Azərbaycan və Türkiyə işçi heyətlərinin iclası keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 May 2010 07:23 (UTC +04:00)
Azərbaycan Dövlət Gömrük Komitəsi və Türkiyə Baş Bakanlıq Gömrük Müstəşarlığı arasında narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində işçi heyətlərin növbəti görüşü Naxçıvanda keçirilib.
Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə üzrə Azərbaycan və Türkiyə işçi heyətlərinin iclası keçirilib

Azərbaycan Dövlət Gömrük KomitəsiTürkiyə Baş Bakanlıq Gömrük Müstəşarlığı arasında narkotik vasitələrin, psixotrop maddələrin, prekursorların, silah və sursatların qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində işçi heyətlərin növbəti görüşü Naxçıvanda keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında deyilir.

İclasın sonunda nümayəndə heyətlərinin rəhbərləri - Əsgər AbdullayevArslan Günlər görüşün nəticələrinə dair protokol imzalamışlar.

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizənin daha effektiv və operativ həyata keçirilməsi üçün səylərin artırılması, önümüzdəki illərdə də iki ölkə arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silah və sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sıx əməkdaşlıq və qarşılıqlı yardımlaşma üçün təşkilati və təcrübi xarakterli tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Xəbər lenti

Xəbər lenti