...

Azərbaycan Nazirlər Kabineti Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibini təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2010 14:59 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kollegiyasının tərkibini təsdiqləyib.
Azərbaycan Nazirlər Kabineti Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibini təsdiqləyib

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir Ü.İsmayılova /

Azərbaycanın Nazirlər Kabineti Dövlət Sosial Müdafiə Fondunun (DSMF) kollegiyasının tərkibini təsdiqləyib.

Kollegiyanın yeni tərkibi DSMF-nin təklifi əsasında təsdiqlənib.

Sosial Fondun kollegiyasının sədri fondun rəhbəri Səlim Müslümov təsdiqlənib. Həmçinin, kollegiyanın tərkibinə fondun sədr müavinləri Zakir Babayev və Elman Mehdiyev, aparat rəhbəri Acar Cəbiyev, maliyyə-büdcə şöbəsinin rəhbəri İdris İsayev, hərbi qulluqçularla və xüsusi rütbələri olan şəxslərlə iş üzrə departamentin direktoru Çingiz Əliyev, DSMF-in Naxçıvan MR-dəki idarəsinin rəhbəri Rasim Hüseynov təyin ediliblər.

Azərbaycan Nazirlər Kabinetinin qərarı imzalandığı gündən -  mayın 6-dan qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti