...

Kür çayının daşması nəticəsində Şirvan-Astara dəmiryol məntəqəsində ortaya çıxan çətinliklər artır - ADY

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2010 18:26 (UTC +04:00)
Kür çayının daşması nəticəsində Şirvan-Astara istiqamətində dəmiryolda yaranmış çətinliklər artır. Bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Kür çayının daşması nəticəsində Şirvan-Astara dəmiryol məntəqəsində ortaya çıxan çətinliklər artır - ADY

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir H.Vəliyev/

Kür çayının daşması nəticəsində Şirvan-Astara istiqamətində dəmiryolda yaranmış çətinliklər artır. Bu barədə çərşənbə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Azadkənd-Salmanlı dəmiryol mənzilinin 19-cu kilometrində suyun qarşısının alınması məqsədi ilə dəmiryol sökülüb.

Mayın 9-da Osmanlı-Azadkənd dəmiryol mənzilinin 15-ci kilometrində yaşayış sahələrinin su altında qalmasının qarşısının alınması məqsədilə suyun dəmiryolun altından keçməsi üçün tədbirlər görülüb. Astara istiqamətində qatarların hərəkəti dayandırılıb.

14 vaqondan ibarət Bakı-Astara-Horadiz qatarı Şirvana qədər vahid şəkildə gedir. Orada isə Bakı-Astara və Bakı-Horadiz qatarlarına ayrılır. Hazırda Horadizə qatarların hərəkəti davam edir, Astaraya isə hərəkət dayanıb. Astara istiqamətində sutka ərzində 300 nəfər daşınır.

Bu gün Osmanlı-Azadkənd dəmiryol mənzilinin 15-ci kilometrində yeni körpünün tikilməsi və yolun bərpa olunması üzrə layihələrin hazırlanması gedir.

Sahilbərkitmə işlərinin aparılması məqsədilə qəza yerinə daş plitələr və köhnə beton şpallarla dolu vaqonlar gətirilir.

Xəbər lenti

Xəbər lenti