...

Azərbaycan sahibkarlarına daha yarım milyon manat həcmində güzəştli kreditlər ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2010 18:12 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondunun xətti ilə Tərtər, Ağdam və yaxın rayonlarda 39 sahibkara 490 min manat dəyərində güzəştli kreditlər verilib.
Azərbaycan sahibkarlarına daha yarım milyon manat həcmində güzəştli kreditlər ayrılıb

Аzərbaycan,Bakı, 21 may /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlara Kömək Milli Fondunun xətti ilə Tərtər, Ağdam və yaxın rayonlarda 39 sahibkara 490 min manat dəyərində güzəştli kreditlər verilib. Bu barədə cümə günü nazirliyin məlumatında deyilir.

Bu kreditlər hesabına layihələrin həyata keçirilməsi 75 yeni iş yerinin açılmasına imkan yaradır.

Cümə günü Sahibkarlara Kömək Milli Fondu Azərbaycanın Tərtər iqtisadi rayonunda regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyinə həsr olunmuş 350 sahibkarın iştirak etdiyi növbəti tədbirini keçirib.

Tədbir iştirakçıları həmçinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına "Rəşad" və "Etalon Aqro" firmaları tərəfindən 10 min ton tutuma malik taxılın təmizlənməsi və saxlanması üçün anbar kompleksinin inşası üzrə işlərin gedişatı və Ağstafa rayonunda "Qara inək" müasir heyvandarlıq kompleksi ilə tanış olublar. Komplekslərin tikintisi Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti hesabına həyata keçirilir.

Həmçinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilmə mexanizmi barədə məlumatların verildiyi treninqlər keçirilib.

Mayın 21-nə olan rəsmi məzənnə 0,8035 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti