...

MasterCard Azərbaycan bankları ilə kart biznesinin inkişafı imkanlarını müzakirə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2010 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Azərbaycanın Mərkəzi Bankı MasterCard beynəlxalq ödəmə sistemi ilə birgə Bakıda "Kart biznesinin inkişafı" mövzusunda seminar keçirib. Bu barədə AMB-nin cümə axşamı yayılan məlumatında deyilir.

Seminarda AMB, MasterCard, həmçinin ölkədə fəaliyyət göstərən bankların nümayəndələri iştirak edib. Seminar iştirakçılarına ödəmə kartları sahəsində yeni texnologiyalar, ödəmə kartları bazarında uğurlu marketinq fəaliyyətinin istiqamətləri və təsərrüfat subyektləri ilə qarşılıqlı münasibətlərin genişləndirilməsi haqqında məlumat verilib.

Müzakirələrdə həmçinin pərakəndə ticarətdə "co-brend" kart məhsullarının tətbiqi, onların təbiqi prosesinin sürətləndirilməsi və bu sahədə olan beynəlxalq təcrübə məsələlərinə toxunulub.

Xəbər lenti

Xəbər lenti