...

Azərbaycanda keyfiyyətsiz ət və süd məhsulları istehsalçısı barəsində antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar iş qaldırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2010 18:09 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Səhliyalı" kiçik müəssisəsində davam etdirilən araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı "Voloqodski" nişanlı qarışıq yağın, habelə müəssisədə istehsal edilən "Halal qarışıq kərə yağı"nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib.
Azərbaycanda keyfiyyətsiz ət və süd məhsulları istehsalçısı barəsində antiinhisar qanunvericiliyinin pozulması ilə əlaqədar iş qaldırılıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən "Səhliyalı" kiçik müəssisəsində davam etdirilən araşdırmalar zamanı xammal kimi istifadə olunan Ukrayna istehsalı "Voloqodski" nişanlı qarışıq yağın, habelə müəssisədə istehsal edilən "Halal qarışıq kərə yağı"nın, dovğanın, xamanın, ayranın, qatığın və pendirin tərkibində bağırsaq çöplərinin yol verilən həddən artıq olduğu aşkar edilib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında deyilir.

Bundan başqa, müəssisədə istehsal olunan ət məhsullarının qablaşdırılmasında və bükülməsində istifadə olunan köməkçi materialların uyğunluq sertifikatının olmadığı da müəyyən edilib.

Müəssisədə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar ət və süd məhsulları istehsalının dayandırılması və bu məhsulların ticarət şəbəkəsindən yığılması barədə "Səhliyalı" kiçik müəssisəsinə icrası məcburi göstəriş verilib, müəssisə barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti