...

Azərbaycanın qərb rayonlarının sahibkarlarına 450 min manatdan çox imtiyazlı kredit ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2010 19:42 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Daşkəsən və ona yaxın rayonların 34 sahibkarına 458 min manat məbləğində imtiyazlı şərtlər əsasında kredit verilib.
Azərbaycanın qərb rayonlarının sahibkarlarına 450 min manatdan çox imtiyazlı kredit ayrılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir N.İsmayılova/

Cümə günü Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi (İİN) yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xətti ilə Daşkəsən və ona yaxın rayonların 34 sahibkarına 458 min manat məbləğində imtiyazlı şərtlər əsasında kredit verilib. Bu barədə İİN-in cümə günü yaydığı məlumatda deyilir.

"Bu vəsaitlər sayəsində layihələrin həyata keçirilməsi 60 yeni iş yerinin açılmasına kömək edir", - məlumatda deyilir.

Cümə günü SKMF Azərbaycanın Gəncə-Qazax iqtisadi rayonunda 300 sahibkarın iştirakı ilə növbəti tədbir keçirib. Tədbir regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi məsələlərinə həsr edilib.

Tədbir iştirakçıları "Elba" MMC -nin 1000 tonluq soyuducu anbar kompleksinin tikintisi prosesi və ət kəsimi müəssəsi ilə maraqlanıblar. Bu müəssələrin tikintisi SKMF-in imtiyazlı kreditləri əsasında həyata keçirilir.

SKMF həmçinin sahibkarlar üçün treninq keçərək imtiyazlı kreditlərin verilmə mexanizmi haqqında onları məlumatlandırıb.

İyunun 11-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti