...

Azərbaycan bankı "Amrahbank" qızılın girov götürülməsi şərti ilə kreditlər verməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyun 2010 14:46 (UTC +04:00)
Azərbaycan bankı "Amrahbank" kredit məhsulları növlərini genişləndirmək strategiyası çərçivəsində qızıl və qızıl məmulatlarını girov götürmək şərti ilə mikrokreditlərin verilməsinə başlayıb, - bankdan verilən məlumatda deyilir.
Azərbaycan bankı  "Amrahbank" qızılın girov götürülməsi şərti ilə kreditlər verməyə başlayıb

Аzərbaycan, Bakı, 17 iyun /Trend/

Azərbaycan bankı "Amrahbank" kredit məhsulları növlərini genişləndirmək strategiyası çərçivəsində qızıl və qızıl məmulatlarını girov götürmək şərti ilə mikrokreditlərin verilməsinə başlayıb, - bankdan verilən məlumatda deyilir.

Mikrokredit 18 ay müddətinə ildə 30-32 faiz ödəmək şərti ilə verilir. Kreditin maksimal məbləği 5 min manatdır. Kreditlər həm manatla, həm də dollarla verilir.

Bankdan verilən məlumatda bildirilir ki, bu kredit xırda və orta müştəri qruplarına aiddir.

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı kommersiya banklarından biridir. Bank korporativ müştərilərinə və fiziki şəxslərə müxtəlif bank xidmətləri, o cümlədən, əmanətlərin yerləşdirilməsi, kreditlərin verilməsi, pulköçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə məsləhətçilik xidmətləri və s. təqdim edir. Bankın ümumi kapitalı 12 milyon manata çatıb.

Xəbər lenti

Xəbər lenti