...

Azərbaycanın ixracat imkanlarının genişləndirilməsi məqsədilə regional biznesin maarifçiliyi üzrə tədbirlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2010 13:22 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı, yerli sahibkarların ixracat imkanlarının genişləndirilməsi, regionlarda müəssiələrə dövlət dəstəyinin göstərilməsi üzrə tədbirləri çərçivəsində Lənkəranda " Regionlarda sahibkarların maariflənməsi" mövzusunda tədbir təşkil olunub", - nazirlikdən verilən məlumatda deyilir.
Azərbaycanın ixracat imkanlarının genişləndirilməsi məqsədilə regional biznesin maarifçiliyi üzrə tədbirlər davam etdirilir

Аzərbaycan, Bakı, 15 iyul /Trend/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin regionların inkişafı, yerli sahibkarların ixracat imkanlarının genişləndirilməsi, regionlarda müəssiələrə dövlət dəstəyinin göstərilməsi üzrə tədbirləri çərçivəsində Lənkəranda " Regionlarda sahibkarların maariflənməsi" mövzusunda tədbir təşkil olunub", - nazirlikdən verilən məlumatda deyilir.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin inkişaf siyasəti şöbəsinin müdiri Zaur Qasımov Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti nəticəsində ölkənin davamlı inkişafından söz açıb. Onun sözlərinə görə, ölkənin ixracat imkanları sürətlə inkişaf edir, qeyri-neft sektoru, biznes mühitinin təkmilləşdirilməsi, ixrac-idxal əməliyyatlarının genişləndirilməsində Prezidentin 2010-cu il mayın 14-də "Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə qaydaların nizamlanması barədə əlavə tədbirlər haqqında" fərmanı mühüm rol oynayır.

İxrac-idxal əməliyyatlarının nizama salınması qaydalarına dəyişikliklər və əlavələr nəticəsində əməliyyatların həyata keçirilməsində lazım olan sənəd və prosedurların sayı azalıb. Həmçinin, ixrac hesabatı qaydaları sadələşdirilib və ixracatçılar üçün əlverişli şərtlər yaradılıb", - Qasımov deyib.

Daha sonra ÜTT üzrə şöbə müdirinin müavini Xəzər Bəşirov və regionların inkişafı şöbəsinin sektor direktoru Rüstəm Mahmudov çıxış edərək, tədbir iştirakçılarına ixracat idarəetməsi və təşkilatında biznes-təhsilin vacibliyi və sahibkarlıq fəaliyyətinin inkişafında elektron ticarətin rolundan danışıblar.

Bakı Biznes Təhsil Mərkəzinin direktoru Akif Fərruxov sahibkarlığa nəzəri və praktik savadlar, beynəlxalq təcrübə haqqında biliklər, həmçinin, sahibkarlıq subyektlərinə elmi-metodik və innovasiya xidmətlərinin göstərilməsi, öyrədilməsinə dövlət dəstəyinin yardımının vacibliyini vurğulayıb. O, həmçinin, biznes-təhsil sisteminin həyat keçirilməsi üzrə mərkəzin fəaliyyətindən də danışıb.

Tədbirdə mövcud və yeni bazarlar, onlara çıxış imkanları, elektron ticarət və onun sahibkarlıq fəaliyyətində rolu haqqında məlumat verilib. İqtisadi İnkişaf Nazirliyi və Almaniya Texniki Yardım Cəmiyyətinin dəstəyi altında yaradılmış elektron-ticarət portalının təqdimatı keçirilib.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin müvafiq struktur nümayəndələri və Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti