...

Rusiyanın dəmir yolunda baş vermiş partlayış sərnişin axınını əhəmiyyətli dərəcədə azaldıb – "Azərbaycan Dəmir Yolları" QSC

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 İyul 2010 12:42 (UTC +04:00)
Rusiya ərazisində (Dağıstan) dəmir yolunda baş vermiş partlayışla əlaqədar olaraq, Azərbaycandan bu istiqamətdə hərəkət edən qatarlara biletin alışı 20-30% aşağı düşüb, - bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirov deyib.
Rusiyanın dəmir yolunda baş vermiş partlayış sərnişin axınını əhəmiyyətli dərəcədə azaldıb – "Azərbaycan Dəmir Yolları" QSC

Аzərbaycan, Bakı, 22 iyul /Trend, müxbir E.İsmayılov/

Rusiya ərazisində (Dağıstan) dəmir yolunda baş vermiş partlayışla əlaqədar olaraq, Azərbaycandan bu istiqamətdə hərəkət edən qatarlara biletin alışı 20-30% aşağı düşüb, - bu barədə cümə axşamı "Azərbaycan Dəmir Yolları" QSC-nin baş mühəndisi Qurban Nəzirov deyib.

Nəzirovun sözlərinə görə, partlayışlar həm sərnişin, həm də yükdaşımalarına mənfi təsir göstərib və qatarların hərəkət qrafikində ləngimələrə səbəb olub.

Bununla yanaşı, Nəzirov qeyd edib ki, ölkədaxili sərnişindaşımalarda 30-40% artım müşahidə olunur ki, bu da Azərbaycanın ali məktəblərinə qəbul imtahanları ilə bağlıdır.

Son vaxtlar Dağıstan ərazisində dəmir yolunda partlayışlar baş verib. Sonuncu partlayış iyulun 15-də olub. Partlayış qurğusu lokomotiv və qumladolu iki vaqondan ibarət buferli dəmiryol qatarının həmin yerə çatdığı vaxt işə salınıb. Bu hadisə ilə bağlı Azərbaycana və əks istiqamətdə hərəkət edən qatarların qrafikində gecikmələr müşahidə olunur. Bu gün "Azərbaycan Dəmir Yolları" QSC Dağıstan ərazisindən Moskva, Sankt-Peterburq, Rostov, Tümen, Kiyev, Xarkov və digər şəhərlər istiqamətində marşrutlar üzrə reyslər həyata keçirir.

Xəbər lenti

Xəbər lenti