...

Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2010 17:22 (UTC +04:00)
Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycan İpoteka Fondunun istiqrazlarının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bazar ertəsi Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının 3 000 000 manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə birjanın bazar ertəsi yayılan məlumatında deyilir.

Sifarişlər 3 investor tərəfindən təqdim olunub. Sifarişlərin ümumi məbləği nominal üzrə 3 085 000 (faktiki 3 197 152,09) manat təşkil edib.

Sifarişlər 103,6354% qiymətdə təqdim edilib.

Hərraca təqdim edilən istiqrazların bütün həcmi tam yerləşdirilib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2019-cu ildir.

İstiqrazların yerləşdirilməsi üzrə ilk təşkilatçı qismində Azərbaycan Beynəlxalq Bankı çıxış edib.

AİF-in emissiyalar prospekti Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən 30 dekabr 2009-cu il tarixdə qeydə alınıb.

Emissiyaların ümumi məbləği illik 3,25 faiz dərəcəsi ilə 75 milyon manat təşkil edir. Bugünkü yerləşmə nəzərə alınmaqla indiyədək 49 milyon manat məbləğində səhm həyata keçirilib.

İyulun 26-na olan rəsmi məzənnə 0,8036 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti