...

Azərbaycanda ərzaq məhsullarının idxalı ilə məşğul olan şirkətə qarşı cərimə tətbiq olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2010 20:15 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif ərzaq məhsullarının idxalı ilə məşğul olan “Fərid” şirkətində məhsullarının saxlanması və satışı zamanı standartların tələblərinə, keyfiyyət və təhlükəsizliyinə, metroloji norma və qaydalara riayət olunmadığı aşkar olunub.
Azərbaycanda ərzaq məhsullarının idxalı ilə məşğul olan şirkətə qarşı cərimə tətbiq olunub

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılov/

Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif ərzaq məhsullarının idxalı ilə məşğul olan "Fərid" şirkətində məhsullarının saxlanması və satışı zamanı standartların tələblərinə, keyfiyyət və təhlükəsizliyinə, metroloji norma və qaydalara riayət olunmadığı aşkar olunub. Bu barədə Komitənin cümə axşamı yayılan məlumatında deyilir.

Araşdırma zamanı müəssisənin nümayəndəsi tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulduğu müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilərək, 4 min manat cərimə tətbiq olunub.

Xəbər lenti

Xəbər lenti