...

Azərbaycanın cənub regionunda 29 güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2010 18:36 (UTC +04:00)
Sahibkarlığa Kömək Milli Fondu cümə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 340 manat həcmində 29 güzəştli kredit ayırıb.
Azərbaycanın cənub regionunda 29 güzəştli kredit verilib

Аzərbaycan, Bakı, 30 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu cümə günü səlahiyyətli kredit təşkilatları vasitəsilə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 340 manat həcmində 29 güzəştli kredit ayırıb. Bu barədə cümə günü nazirlikdən verilən məlumatda deyilir.

Sahibkarlığa Kömək Milli Fondu bu gün "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Masallı rayonunda keçirib. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 200-dən artıq sahibkar iştirak edib.

Güzəştli kreditlər hesabına 50-dən artıq yeni iş yerlərinin açılması nəzərdə tutulur.

Tədbir iştirakçıları əvvəlcə Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kredit almış "EMBAWOOD" MMC-nin yeni istehsal sahəsində, əsas hissəsi güzəştli kreditlər hesabına maliyyələşdirilən "Masallı Dəmir-Beton" ASC-nin tutumu 2 min ton olan soyuducu anbarında, Cəlilabad rayonunda "Cavid-Ş" MMC-nin və "A.D.İ." MMC-nin hər birinin tutumu 2 min ton olan soyuducu anbarında, tutumu 10 min ton olan "Avanqard" MMC-nin taxıl anbarı kompleksində aparılan tikinti işləri və "Bismak Qida Sənaye" MMC-nin 10 min tonluq taxıl anbarı kompleksində aparılan tamamlama işləri ilə tanış olublar.

Xəbər lenti

Xəbər lenti