Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir N.İsmayılova/
Əmlak Məsəlləri Dövlət Komitəsi Lenkeran-Chay-5 sıhmdar cəmiyyətinin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə şənbə günü komitədən məlumat verilib.
Satışa səhm paketinin 30 faizi çıxarılıb. Müsabiqədə Azərbaycanın fiziki və hüquqi şəxsləri və xarici investorlar iştirak edə bilərlər.
İddiaçılar çay təsərrüfatının genişləndirilməsi üzrə investisiya proqramı, eləcə də investisiya təkliflərinin dəyərinin beş faizi həcmində bank zəmanəti və dövlət büdcəsinə 45 min manat vəsaitin keçirilməsi üzrə təklif təqdim etməlidirlər.
Lenkeran-Chay-5 çay xammalının emalı və onun satışı üzrə ixtisaslaşıb və Lənkəran rayonunda yerləşir.
SC-nin nizamnamə kapitalı 829,5 min manat təşkil edir. Buraxılmış səhmlərin sayı hər birinin nominal dəyəri iki manat olan 414 741 səhmdir. Müsabiqəyə çıxarılan ümumi nominal dəyəri 248 844 manat olan 124 422 səhmdir.
Müəssisə 26,6 min manat borca, eləcə də 1,67 min manat əmək haqqı və ona bərabər borclara, 6,9 min manat həcmində xammal və xidmətlərə görə borclara malikdir. Bununla yanaşı müəssisənin debitor borcları 19,67 min manat təşkil edir. Müəssisə 1988-ci ildən fəaliyyət göstərir.
İddiaçılar müsabiqənin tələbləri, özəlləşdirmə planı ilə tanış ola və 2010-cu il 30avqust saat 10.00-dan 18.00-dək Bakı şəhəri, Y.Səfəfrov küçəsi, 20 ünvanından əlavə məlumat ala bilərlər. Sənədlər və təkliflər 2010-cu il 30 avqust saat 10.00-dan 17.30-dək qəbul edilir.
Təkliflər Əmlak Məsələləri Dövlət Komitəsi binasında 2010-cu il sentyabrın 1-də qiymətləndiriləcək.
İyulun 31-də cari məzənnə 0,8036 AZN/USD təşkil edir.