...

Azərbaycan bankı "Parabank" əməkdaş yığımına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2010 20:06 (UTC +04:00)
Azərbaycan bankı "Parabank" "Ağcabədi" filialının kredit ekspertləri vəzifəsinə əməkdaş yığımı elan edib.
Azərbaycan bankı "Parabank" əməkdaş yığımına başlayıb

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Azərbaycan bankı "Parabank" "Ağcabədi" filialının kredit ekspertləri vəzifəsinə əməkdaş yığımı elan edib. Bu barədə bankın bazar ertəsi yayılan məlumatında deyilir.

Bankın əsas tələbləri sırasına ali təhsilin olması (bank işi, maliyyə və kredit, iqtisadiyyat sahələrində), Azərbaycan və rus dillərini bilmək, analitik fikir yürütmək və düzgün qiymətləndirmə bacarığı, psixoloji təsir göstərmək bacarığı daxildir.

"Ağcabədi" filialı fiziki və hüquqi şəxslərə geniş spektrli xidmətlər təqdim edir. Onların arasında hesablama-kassa əməliyyatları, depozitlərin qəbulu, istehlak və biznes kreditlərinin verilməsi, avtomobil alışına kreditlərin verilməsi, VISA plastik kartlarının verilməsi, mobil operator xidmətlərinin ödənişi və pulköçürmələrinin həyata keçirilməsi var.

Maraqlanan şəxslər [email protected] elektron adresinə öz CV-lərini göndərə bilərlər.

Xəbər lenti

Xəbər lenti