Azərbaycan, Bakı, 3 avqust /Trend/
2010-cu ilin iyul ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının (BFB) Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə "BoB Broker" MMC başçılıq edir. Şirkət 2 müştəriyə ümumi dəyəri 17,724,492.58 manat olan broker xidmətləri göstərib. Bu barədə BFB-nin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
İkinci yeri isə 3 müştəriyə ümumi həcmi 8,352,352.64 manat olan broker xidmətləri göstərmiş "Caspian Financial ltd" tutub.
Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 5,499,739.69 manatla "Brokdil-Az" MMC qərarlaşıb.
2010-cu il iyul ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi
Xidmətlərin həcminə görə əvvəlki yeri |
Brokerlər |
Əqdlərin sayı |
Müştərilərin sayı |
Əməliyyatların həcmi (AZN) |
|
1 (▲) |
2 |
"BoB Broker" MMC |
10 |
2 |
17,724,492.58 |
2 (▲) |
5 |
"Caspian Financial ltd" MMC |
12 |
3 |
8,352,352.64 |
3 (▲) |
4 |
"Brokdil-Az" MMC |
3 |
1 |
5,499,739.69 |
4 (▼) |
1 |
"Respublika İnvest" MMC |
4 |
1 |
4,229,124.12 |
5 (▼) |
3 |
"Unicapital" ASC |
1 |
1 |
1,459,125.60 |
6 (-) |
6 |
"Texnika Kapital Menecment" MMC |
3 |
2 |
349,598.04 |
7 (-) |
7 |
"Çelsi Kapital" MMC |
1 |
1 |
52,142.58 |
Avqustun 3-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.