...

Yanvar-iyulda Azərbaycan ərazisindən tranzitlə 5 milyondan çox yük daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Avqust 2010 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, yanvar-iyulda nəqliyyat vasitələri ilə 25,48 milyon ton yük daşınıb ki, bu da 2009-cu ilin yanvar ayında daşınan yüklərin həcmindən 9,22 faiz çoxdur. Bu barədə şənbə günü komitədən bildirilib. Bu dövr ərzində ixrac 21,423 milyon ton, idxal isə 4,057 milyon ton təşkil edib.

Bu dövr ərzində dəniz nəqliyyat vasitələri ilə 179,2 min ton yük, dəmiryol vasitəsilə 1,973 milyon ton, avtomobil vasitəsilə 322,3 min ton, hava nəqliyyatı ilə 194,6 min ton yük ixrac olunub, boru kəmərləri vasitəsilə nəql isə 18,749 milyon ton təşkil edib.

Dəniz nəqliyyatı ilə 380,2 min ton yük, dəmiryol nəqliyyatı vasitəsilə 2,790 milyon ton, avtomobil nəqliyyatı ilə 861,9 min ton və hava nəqliyyatı vasitəsilə isə 11,8 min ton yük idxal edilib.

Azərbaycan ərazisi ilə yeddi ay ərzində tranzitlə 5,670 milyon ton yük daşınıb ki, bu da 2009-cu ilin müvafiq dövründən 56,43 faiz, yaxud 2,045 milyon ton çoxdur.

Azərbaycan ərazisindən tranzitlə İsveçrəyə 976,9 min ton yük, Bermud adalarına 2,139 milyon ton, İtaliyaya 1,071 milyon ton, Gürcüstana 290,1 min ton, Türkmənistana 117,5 min ton, Tacikisitana 262 min ton, Rusiyaya 123,4 min ton, Türkiyəyə 77,4 min ton, İrana 313,8 min ton, Əfqanıstana isə 223,6 min ton yük daşınıb.

Xəbər lenti

Xəbər lenti