Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir N.İsmayılova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0003 bənd (0,03 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına 0,8036 manat səviyyəsində müəyyən edilib.
Avqustun 9-da manatın dollara nisbətdə minimum məzənnəsi 1 ABŞ dollarına 0,8034 manat həcmində müəyyən edilib, maksimum məzənnə avqustun 12-də və 13-də 0,8037 manat səviyyəsində olub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
2 avqust |
0,8034 |
9 avqust |
0,8034 |
3 avqust |
0,8034 |
10 avqust |
0,8035 |
4 avqust |
0,8033 |
11avqust |
0,8035 |
5 avqust |
0,8034 |
12 avqust |
0,8037 |
6 avqust |
0,8034 |
13 avqust |
0,8037 |
Həftə ərzində orta |
0,80338 |
Həftə ərzində orta |
0,80356 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0014 bənd ucuzlaşıb (0,14 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80316 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): avqustun 9-da 0,8024 AZN/USD məzənnə ilə $2 mln, avqustun 10-da sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8024 AZN/USD səviyyəsində saxlanılıb. Avqustun 11-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8024 AZN/USD səviyyəsində saxlanılıb. Avqustun 12-də 0,8036 AZN/USD məzənnə ilə $2,285 milyon olub; avqustun 13-də sövdələşmələr həyata keçirilməyib, buna görə də məzənnə əvvəlki - 0,8036 AZN/USD səviyyəsində saxlanılıb. Avqustun 13-də 0,8038 AZN/USD məzənnə ilə $1,792 mln. Olub.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi: |
|||
2 avqust |
0,8035 |
9 avqust |
0,8035 |
3 avqust |
0,8035 |
10 avqust |
0,8035 |
4 avqust |
0,8035 |
11 avqust |
0,8035 |
5 avqust |
0,8024 |
12 avqust |
0,8024 |
6 avqust |
0,8024 |
13 avqust |
0,8024 |
Həftə ərzində orta |
0,80306 |
Həftə ərzində orta |
0,80306 |
USD/AZN T+1 və T+2 və alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Özəlləşdirmə çeklərinin qiyməti ötən həftə dəyişməz qalıb - alışı 5 manat, satışı 6 manat təşkil edib. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadə prosesinin təmin edilməsi üzrə əlavə tədbirlər haqqında fərmanına uyğun olaraq, onların istifadə müddəti daha 1 il, 2011-ci il yanvarın 1-dək uzadılıb. Belə qərar bu gün dövriyyədən çeklərin, təxminən, 80 faizinin çıxarılması ilə əlaqədardır.